Sürücü və sərnişini əzilmiş maşında qalıb

  • By admin
  • 02 Yanvar 2023 10:07

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir şəhərində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən verilən məlumata görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən “Hyundai” markalı minik avtomobilinin elektrik dirəyinə çırpıldığı və 2 nəfərin avtomobildə sıxılmış vəziyyətdə qaldığı müəyyən edilib.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 2 nəfər müxtəlif xəsarətlərlə zədələnmiş avtomobildən çıxarılaraq təcili tibbi yardım briqadasına təhvil verilib.

Gununsesi.info