Polis Navalnının silahdaşı Lyubov Sobolu həbs etdi

  • By admin
  • 26 Dekabr 2020 11:59

Rusiyanın müxalifət lideri Aleksey Navalnı və tərəfdarlarının bildirdiyinə görə, cümə günü səhər polis yoldaşlarından birinin mənzilinə basqın edib və sorğu-sual etmək üçün onu nəzarət altına alıb.

“Bu gün polislər səhər saat 7-də Lyubov Sobolun mənzilinə gəlib” – deyə, Navalnının Korrupsiyaya Qarşı Mübarizə Fondunun sədri İvan Jdanov tvitter səhifəsində yazıb.

Jdanov və Navalnının mətbuat katibi Kira Yarmyaş Lyubov Sobolun telefonunun söndürüldüyünü və onun harada olduğunu bilmədiklərini deyib.

Sobol gələn il keçiriləcək parlament seçkilərində iştirak etməklə bağlı planlarını açıqlamişdı.

Navalnı tvitter səhifəsində polisin Sobolun mənzilinə basqınının bazar ertəsi onun zəhərlənmə ilə bağlı Federal Təhlükəsizlik Bürosunun (FSB) əməkdaşına etdiyi telefon danışığına cavab olduğunu bildirib. O, özünü FSB-nin məmuru kimi təqdim etdiyini və ekspertin Navalnının avqust ayında zəhərləndiyini etiraf etdiyini deyib.

Navalnının dediyinə görə, keçmiş vəkil Sobol FSB-nin Konstantin Kudryavtsev adlı agenti ilə əlaqə saxlamağa çalışıb.

FSB Navalnının zəhərlənmə iddialarını rədd etsə də, qərb hökumətləri Navalnının sinir sistemini iflic edən Sovet İttifaqı dövründən qalan Noviçok maddəsi ilə zəhərləndiyini deyir.

Gununsesi.org