Prokurorluq Kərəm Həsənovun məsul olduğu rayonda korrupsiya faktını araşdırır

  • By admin
  • 11 Avqust 2022 18:47

Avqustun 11-də Baş Prokurorluq Cəlilabad Rayon Xəstəxanasında aşkar edilmiş korrupsiya faktlarının araşdırıldığı barədə məlumat yayıb.

Gununsesi.info bildirir ki, bu qısa məlumatdan nəyin nəzərdə tutulduğu və saxlanılanların olub-olmadığı başa düşülmür.

Bununla belə qeyd edək ki, adıçəkilən rayon PA-nın şöbə müdiri Kərəm Həsənovun kurasiyasındadır.

Cəlilabadda vəzifəyə təyin olunma məsələlərinə cavabdeh şəxs məhz Kərəm Həsənovdur.

Onu da xatırladaq ki, onun qardaşı Malik Həsənov da rayonun deputatıdır.

 

Gununsesi.info