“Qəbələ” – “Hayduk” matçının biletləri satışa çıxarıldı

  • By admin
  • 02 Oktyabr 2022 12:09

UEFA Gənclər Liqasının birinci mərhələsi çərçivəsində “Qəbələ” ilə Xorvatiyanın “Hayduk” klubunun U-19 komandaları arasında keçiriləcək cavab matçının biletləri satışa çıxarılıb.

Gununsesi.info xəbər verir ki, biletlərin qiymətləri 2 və 5 manat təşkil edir.

Biletləri Qəbələ şəhər stadionu və “Qəbələ” oteldə yerləşən fan-şopdan əldə etmək olar.

Oktyabrın 4-də Qəbələ şəhər stadionunda oynanılacaq matçı Türkiyədən olan hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Arda Kardeşler olacaq.

Ona Mehmet Emin Tuğral və Süleyman Ozay kömək edəcəklər.

Komandalar arasında Xorvatiyada təşkil olunan ilk oyunda “Qəbələ” 0:3 hesabı ilə məğlub olub.

Gununsesi.info