Qəbul imtahanlarının vaxtı ELAN OLUNDU

  • By admin
  • 25 Fevral 2022 14:33

Gələn həftədən ölkədə buraxılış imtahanları başlayır.

Gununsesi.info xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, digər imtahan qrafikləri aidiyyəti dövlət qurumları ilə razılaşdırılıb:

“Ali təhsil müəssisələrinə qəbul imtahanının ikinci mərhələsi üzrə iştirakçılara yenə də 2 dəfə cəhd etmək imkanının verilməsi nəzərdə tutulur.

Birinci cəhddə – III qrup üzrə ilk imtahan 21 may, II qrup üzrə 22 mayda keçiriləcək.

I qrupa sənəd verən abituriyentlərin bir hissəsi 4 iyun, yerdə qalan hissəsi isə 5 iyunda imtahan verəcək.

5 iyunda IV qrup üzrə də qəbul imtahanı keçiriləcək.

İkinci cəhddə imtahanlar isə III qrup üzrə 6 iyul, II qrup üzrə 7 iyul, I qrup üzrə 20-21 iyul, IV qrup üzrə isə 21 iyul tarixində keçiriləcək.

Cari və əvvəlki illərin məzunları eyni gündə imtahan verirlər”.

Gununsesi.info