Qəzzada ölənlərin sayı 66 mini keçdi

  • Müəllif: Admin08
  • 28 Sentyabr 2025 18:03

İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində fələstinlilər arasında ölənlərin sayı 66 mini keçib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qəzza zolağının Səhiyyə Nazirliyi məlumat yayıb.

“2023-cü il oktyabrın 7-dən bu yana ölənlərin sayı 66 005-ə çatıb və son 24 saat ərzində 79 nəfər ölüb”, – nazirliyin açıqlamasında bildirilir.

Bundan əvvəl İsrail ordusu son 24 saat ərzində Qəzzaya təqribən 140 hava hücumu təşkil etdiyini bildirib.

Gununsesi.info