“Qarabağ” bu gün Avropada ilk oyununa çıxır

  • By admin
  • 25 İyun 2022 11:47

Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” komandası bu gün ilk yoxlama oyununu keçirəcək.

Gununsesi.info xəbər verir ki, rəqib Rumıniya “Botoşani”si olacaq.

Kössen stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlanacaq.

Yoxlama oyunu

25 iyun

19:00. “Qarabağ” – “Botoşani”

Kössen stadionu

Qeyd edək ki, növbəti oyunlar iyunun 29-da olacaq. “Qarabağ” həmin gün Almaniyanın “Holştayn Kiel” və Rumıniyanın “Universitatya Krayova” klubları ilə üz-üzə gələcək.

“Botoşani” ötən mövsüm Rumıniyanın yüksək liqasını 7-ci pillədə başa vurub və pley-off matçında “Universitatya Krayova”ya uduzaraq, UEFA Konfrans Liqasına vəsiqə qazana bilməyib.

Gununsesi.info