“Qarabağ”ın oyununda meydana quş daxil oldu

  • By admin
  • 05 İyul 2022 22:32

Polşada “Lex” və “Qarabağ” komandaları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk matçında maraqlı hadisə baş verib.

Gununsesi.info-nun  məlumatına görə, 23-cü dəqiqədə meydana quş daxil olub. Bunu görən Ağdam klubunun qapıçısı Şahruddin Məhəmmədəliyev topu oyuna daxil etməyib.

Təhlükəsizlik əməkdaşları quşu meydandan çıxardıqdan sonra görüş davam etdirilib.

Qeyd edək ki, hazırda qarşılaşmada ilk hissə oynanılır və hesab açılmayıb.

Gununsesi.info