Qazaxıstanda həbs edilənlərin sayı açıqlandı

  • By admin
  • 12 Yanvar 2022 13:18

Qazaxıstanın Daxili İşlər Nazirliyi ötən həftəki iğtişaşlarla əlaqədar 9 min 900 nəfərin saxlandığını bildirir.
Yanvarın 11-də, Tokayevin təqdimatından bir neçə saat sonra parlament Alixan Smailovu baş nazir postuna təsdiqləyib.

Almatı Şəhər Səhiyyə İdarəsinin rəhbəri Nəriman Tabinbayevin yanvarın 11-də jurnalistlərə dediyinə görə, etirazlar vaxtı 1200-dən çox insan aldığı xəsarətlərə görə tibb ocaqlarına müraciət edib. O, hazırda Almatında xəstəxanalarda 176 nəfərin bu səbəblə yatdığını, üç uşaq daxil 18 nəfərin reanimasiya şöbələrində olduğunu qeyd edib.
Tabinbayev xəstəxanalardakı pasiyentlərin daha çox güllə yarası aldığını söyləyib.

Gununsesi.info