Quldurluq edən qadın həbs edildi - VİDEO

  • By admin
  • 12 Yanvar 2022 13:36

Hövsan qəsəbəsində qadına qarşı quldurluq edən qadın tutularaq istintaqa cəlb edilib. Zərərçəkən şəxs evə gedən zaman naməlum şəxs ona yaxınlaşaraq zor tətbiq etməklə içərisində 200 manat pul və şəxsi sənədləri olan çantasını talayıb.
Bu barədə Gununsesi.info-ya DİN-dən bildirilib.

O, ifadəsində qadını bankomatdan pul çıxaran zaman gördüyünü və onu izləyərək quldurluq etdiyini etiraf edib. Araşdırma zamanı Şəhanə Nəbizadənin Hövsan qəsəbəsində bir məzildən də məişət əşyaları oğurladığı məlum olub.

Gununsesi.info