
“Neft və qazın dünya bazar qiymətlərinin ötən illə müqayisədə aşağı düşməsinə baxmayaraq, xarici ticarət balansında böyük həcmli profisit müşahidə olunmaqdadır və cari ilin 10 ayında ixrac 29 milyard ABŞ dolları ötmüş ticarət balansının profisiti 15 milyard ABŞ dolları təşkil edib.
Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin plenar iclasında “2024-cü ilin dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
Nazir bildirib ki, qeyri-neft-qaz sektorunun ixracı isə 11 faizdən çox artaraq 2,7 milyard ABŞ dollarını ötüb. Emal olunmuş kənd təsərrüfatı məhsulları çıxılmaqla qeyri-neft sənaye məhsullarının qeyri-neft qaz ixracında payı 68 faizə çatmaqdadır. Cari ilin doqquz ayında qeyri-neft-qaz sənaye məhsullarının ixracında sənaye zonalarının payı 23 faizə çatıb.
Gununsesi.info