Qonşu ölkədə Omicron ştamına yoluxma 253-ə çatıb

  • By admin
  • 05 Yanvar 2022 19:41

Gürcüstanda yeni növ koronavirus (COVID-19) infeksiyasının Omicron ştamına təsdiqlənmiş yoluxma hallarının sayı 253-ə çatıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin direktoru Amiran Qamkrelidze deyib.

Onun sözlərinə görə, ölkədə Omicron ştamına real yoluxma göstəricisi təsdiqlənmiş hallardan 3-4 dəfə çoxdur. Baş epidemioloq qeyd edib ki, virusun Omicron ştamı artıq Gürcüstanda daxili yoluxma mərhələsinə keçib.

A.Qamkrelidze yoluxanların böyük əksəriyyətinin tam vaksinasiya edildiyini, aralarında buster doza vurulanların da olduğunu qeyd edib. O, əlavə edib ki, Omicron ştamına yoluxanlar xəstəliyi mülayim keçirirlər.

 

Gununsesi.info