“Uca Allahdan qorxun, axirətdə buna görə cavab verəcəksiniz” - KADIROVDAN QAZAXISTAN XALQINA ÇAĞIRIŞ

  • By admin
  • 05 Yanvar 2022 19:31

Çeçenistan rəhbəri Ramzan Kadırov qazax xalqını “təxribatçılara qoşulmamağa” çağırıb.

“Biz Qazaxıstanın taleyinə biganə deyilik. Atam orada doğulub, babamın qardaşı orada dəfn olunub. Qardaş qazax xalqımız ən çətin anlarımızda bizə sığınacaq verib”, – Çeçenistan rəhbəri açıqlamasında bildirib.

“Qazın qiymətinə görə insanlar küçələrə çıxdı: məhv edirlər, öldürürlər. Nə üçün aqressiv davranmaq lazımdır? Polisləri döyürlər. Cinayətlər törədirlər və buna görə sonra cəzalandırılacaqlar. Müharibə heç vaxt yaxşılığa aparmır, müharibə məhv edir və öldürür… Bu etirazların başında duranlardan xahiş edirəm, dayansınlar. Uca Allahdan qorxun, axirətdə buna görə cavab verəcəksiniz”, – o bildirib.

 

 

Gununsesi.info