
Quba rayonunda 5 otaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyindən Gununsesi.info -ya verilən xəbərə görə, Quba rayonunun İkinci Nügədi kəndində ümumi sahəsi 220 m² olan birmərtəbəli mansarda tipli 5 otaqlı evin yanar konstruksiyaları yanıb.
Bitişik talvar yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Gununsesi.info