Ramanada evdə 2 nəfər dəm qazından zəhərlənərək ölüb

  • By Mina
  • 18 Aprel 2024 16:10

Bakıda 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə araşdırma aparılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən Gununsesi.info-ya bildirilib ki, aprelin 18-də paytaxtın Sabunçu rayonunun Ramana qəsəbəsi ərazində yerləşən evlərdən birində 2 nəfərin dəm qazından zəhərlənərək ölməsi faktı üzrə Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.