Rusiyadan ilk təxribat - SOCAR-ın BAZASI VURULDU

  • By Günel
  • 08 Avqust 2025 20:58

Avqustun 8-nə keçən gecə Rusiya “Şahed” dronlarından istifadə etməklə Azərbaycanın Odessa vilayətindəki SOCAR-ın neft bazasına hücum edib.

Gununsesi.info “RBC-Ukraynaya” istinadən xəbər verir ki, hüquq-mühafizə orqanlarındakı mənbələrdən verilən məlumata görə, bu, yanğına səbəb olub.

Mənbələrin verdiyi məlumata görə, yanğının qarşısı qısa zamanda alınıb. Zərbə nəticəsində dörd əməkdaş ağır xəsarət alıb.

Hazırda dəymiş ziyanın miqyası müəyyənləşdirilir.

Avqustun 8-nə keçən gecə Odessa və Xarkov dron hücumlarına məruz qalıb.

Avqustun 6-sında isə Rusiya dronları Odessa vilayətində kompressor stansiyasına hücum edib. Bu kompressor stansiyası Yunanıstanın LNG terminallarını Trans-Balkan boru kəməri vasitəsilə Ukraynanın qaz anbarları ilə birləşdirən marşruta daxildir, bu marşrutla artıq ABŞ-dən mayeləşdirilmiş təbii qaz (LNG) və sınaq həcmində Azərbaycan qazı tədarük olunur.

İyulda Ukraynanın “Naftoqaz Ukrainı” milli səhmdar cəmiyyəti Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə qaz alqı-satqısına dair ilk müqavilə imzalayıb.

Bu hücumlar Azərbaycanla Ermənistanın Vaşinqtonda sülh sammitinə qatılması, üç ölkə liderinin bir sıra sənədlər imzalaması ərəfəsində baş verib.

Gununsesi.info