Rusiya Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib

Rusiya İstanbul razılaşmaları çərçivəsində Ukraynaya 1000 hərbçinin meyitini təhvil verib.

Gununsesi.info RBC-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski məlumat verib.

Onun sözlərinə görə, Ukrayna tərəfi isə 19 rusiyalı hərbçinin meyitini Moskvaya təhvil verib.