Rusiyadan Ərdoğan açıqlaması

  • By admin
  • 22 May 2023 17:28

Rusiyalı siyasətçi və Kremilinin Mətbuat Sözcüsü Dmitri Peskov Türkiyə və Ərdoğan haqqında açıqlama verib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, Rusiya-Türkiyə haqqında münasibətlərdən danışan Peskov Ərdoğan haqqında müsbət fikirlər səsləndirib.

Paytaxt Moskvadakı toplantıda etdiyi açıqlamasında vurğulayıb ki, Putin və Ərdoğan böyük siyasi təcrübəyə sahib çox ciddi siyasi fiqurlardır.

“Onlar sözlərini ərləridir. Ən önəmlisi, qarşılıqlı faydaya əsaslanan, münasibətlərdə bəlli, əyani işlərlə maraqlanırlar. Bu, iki ölkə xalqı üçün önəmlidir”, -deyə Peskov bildirib.

 

Tərcümə: Arzu

Gununsesi.info