Şəhid “Xanı” ilə vida mərasimi keçirilir - Fotolar

  • Müəllif: Firuzə
  • 24 Sentyabr 2025 12:37

Xəbər verdiyimiz kimi, ötən gün kəşfiyyatçı “Xanı” kimi tanınan Səyyaf Əhmədov minaya düşərək həlak olub.

Gununsesi.info -nun məlumatına görə, Ağdam rayonunda mərhum kəşfiyyatçı ilə vida mərasimi keçirilir.

Qeyd edək ki, mina hadisəsi Ağdam rayonunun Mirəşelli kəndində baş verib. 1971-ci il təvəllüdlü Baharlı kənd sakini Əhmədov Səyyaf Fiqan oğlu minalardan təmizlənməmiş qəbiristanlıq ərazisində mina partlayışı nəticəsində həlak olub. Onun nəşi ərazidən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

 

Gununsesi.info