Sabah bu küçə bağlı olacaq

  • By Günel
  • 25 Mart 2025 21:48

Sabah paytaxtın 6-cı Keşlə küçəsində yerləşən dəmiryol keçidində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə tam məhdudiyyət tətbiq olunacaq. 

Gununsesi.info xəbər verir ki, bu barədə AYNA məlumat yayıb.

Bildirilib ki, məhdudiyyətlə əlaqədar 32 nömrəli avtobus marşrutunun hərəkət sxemi müvəqqəti olaraq Əlişir Nəvai küçəsi ilə təşkil ediləcək.

Gununsesi.info