Sabiq nazir həbsdə qaldı

  • By Mina
  • 18 Aprel 2024 17:06

Məhkəmə Ermənistanın keçmiş müdafiə naziri David Tonoyanın həbsdə qalması ilə bağlı qərar qəbul edib.

Gununsesi.info xəbər verir ki, bunu vəkil Andranik Manukyan “Sputnik Armenia”ya bildirib.

2 il 7 aydır həbsdə olan Tonoyanın müdafiəsi tərəfinin iki vəsatəti rədd edilib. Həm ev dustaqlığına keçidlə bağlı, həm də ümumilikdə həbsin ləğvi ilə bağlı.

Tonoyan yararsız aviasiya sursatları almaqda ittiham olunur.

Gununsesi.info