Samuxda avtomobil piyadanı vuraraq öldürüb

  • By Günel
  • 04 Dekabr 2024 08:43

Samuxda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Gununsesi.info xəbər verir ki, 2002-ci il təvəllüdlü S.İsmayılovu avtomobil vurub.

O, aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

Gununsesi.info