“Vətəndaş Quliyev İlhamiz bir qrup şəxslə əlbir olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinir”.
Bu barədə Gununsesi.info -nun sorğusuna cavab olaraq DİN-in Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev bildirib.
Onun sözlərinə görə, İ.Quliyevin əməlləri istintaqla sübuta yetirilib və tədbirlərlə saxlanılan qrup üzvlərindən biridir: “O, istintaqa məlum olan şəxslərə narkotik vasitələrin təminatını həyata keçirib. Onun əvvəllər daxili işlər orqanlarında polis əməkdaşı kimi xidmət etməsi ilə bağlı iddialar əsassızdır, o heç vaxt polis əməkdaşı olmayıb”.
Gununsesi.info