Separatçılar Laçın yolundan keçməyə hazırlaşır

  • By admin
  • 21 Fevral 2023 09:28

Xankəndidəki separatçı-terrorçu rejimin “başçısı” Araik Arutyunyan və qondarma “baş prokuror” Qurgen Nersisyan İrəvana getməyə hazırlaşırlar.

Gununsesi.info xəbər verir ki, Ermənistan mediası Araiklə Qurgenin səfərinin Ruben Vardanyanın göndərilməsinə hazırlıqla bağlı olduğunu yazır.

“Vardanyanın postundan uzaqlaşdırılmasına hazırlıq gedir. Hazırda əsas müzakirə onu kimin əvəz edəcəyidir. Namizədlərdən biri Qurgen Nersisyandır. Araik Qurgeni İrəvana aparır ki, “xeyir-dua” alsın”, – “İravunk” nəşri yazır.

Qeyd edək ki, Laçın yolunda aksiyanın keçirilməsinə baxmayaraq, separatçı rejimin “nümayəndələri” son günlər yoldan aktiv şəkildə istifadə edə bilirlər. Məlumatlara görə, Araik Arutyunyan Moskvaya getdi, ardınca Ruben Vardanyan eyni addımı atdı. Hər iki separatçı daha sonra Xankəndinə qayıda biliblər. İndi də Araik özü ilə Qurgeni də götürüb Laçın yolundan keçməyə hazırlaşır. Separatçıların sülhməramlıların avtomobillərində gizli şəkildə gedib-gəldiyi deyilir.

Gununsesi.info