Şri-Lankada ŞOK İSTEFA

  • By admin
  • 14 İyul 2022 20:42

Şri-Lanka prezidenti Qotabaya Rajapaksa istefa verib. Hazırda o, Sinqapurda gizlənir.

Gununsesi.info xəbər verir ki, bu barədə NDTV məlumat yayıb.

Bildirilir ki, Rajapaksa ölkəsindən qaçaraq Sinqapura gəldikdən sonra istefa verib. Şri-Lanka parlamentinin sədri prezidentin bəyanatını aldığını təsdiqləyib.

İstefa etirazçıların prezident sarayı, prezident katibliyi və baş nazirin dəftərxanası da daxil olmaqla rəsmi binaları ələ keçirməyə son qoyduğunu elan etməsindən sonra baş verib.

Sinqapur hökuməti qeyd edib ki, Rajapaksa “şəxsi səfərdədir” və sığınacaq istəməyib.

Məlum olub ki, Rajapaksa iyulun 13-ü tarixdə olan istefa məktubunu imzalayıb, lakin tələsik ölkəni tərk edib.

Xatırladaq ki, daha əvvəl Şri-Lankada prezidentin Maldiv adalarına uçuşu ilə əlaqədar fövqəladə vəziyyətin tətbiq olunduğu bildirilmişdi.

Gununsesi.info