Sülhməramlıların avtomobilləri aksiya ərazisindən maneəsiz keçdi

  • By admin
  • 26 Dekabr 2022 20:53

Rusiya sülhməramlılarına məxsus avtomobillər Laçın-Xankəndi yolunda dinc aksiya keçirilən ərazidən maneəsiz hərəkət edirlər.

Gununsesi.info xəbər verir ki, dekabrın 26-da Rusiya sülhməramlılarına məxsus minik avtomobilinin Xankəndidən Laçın istiqamətinə maneəsiz hərəkətinə şərait yaradılıb. Bu, bir daha onu göstərir ki, aksiya iştirakçıları humanitar məqsədlərlə istifadə olunan avtomobillərin hərəkətinə heç bir maneə törətmirlər.

Qeyd edək ki, gün ərzində bundan əlavə, Rusiya sülhməramlılarına məxsus 9 təminat avtomobili Xankəndi-Laçın yolundan hər iki istiqamətə maneəsiz hərəkət edib.

Gununsesi.info