![](https://www.gununsesi.info/wp-content/uploads/2024/02/1706846902_1702671996_6544e92b-012e-48f8-a895-0114e921c3fb.jpeg)
Sumqayıtda yanğın baş verib.
Gununsesi.info verir ki, hadisə “Əşya bazarı” adlanan ərazidə qeydə alınıb.
Sumqayıt şəhər sakini 1990-cı il təvəllüdlü Hacıyev Mübariz Sedulla oğluna məxsus ümumi sahəsi 300 kv.metr olan meyvə-tərəvəz mağazasının 250 kv metr hissəsi yanıb. Daha sonra yanğın mağazanın yanında dayanmış vəziyyətdə olan 1978-ci il təvəllüddlü Hüseynov Elşən Şamil oğluna məxsus “Mercedes” markalı yük avtomobilinə keçib.
Əraziyə dərhal FHN-nin DYMX-nin əməkdaşları cəlb olunub. Yanğın söndürülüb.
Yanğının səbəbi araşdırılır.
Gununsesi.info