“Taliban”dan ŞOK TÜRKİYƏ HƏMLƏSİ

  • By admin
  • 08 Sentyabr 2021 11:38

“Taliban” bütün sərhədləri bağladı. Ölkəyə giriş imkanı var, ancaq çıxış yoxdur. Əfqanıstandan artıq heç kəs Türkiyəyə gedə bilməz. Miqrasiya dalğası dayanıb. Türkiyədəki əfqan mühacirlər də daimi deyil, pul qazanıb geri qayıdırlar. Türkiyədən könüllü qayıdanlar üçün də iş yerləri açılır.

Gununsesi.info xəbər verir ki, bu sözləri Türkiyə Qırmızı Aypara Cəmiyyətinin Əfqanıstan nümayəndəliyi əməkdaşı Mahfuz Yoldaş deyib.

O bildirib ki, “Taliban” sərhədləri bağladıqdan sonra Türkiyəyə köç də böyük miqyasda dayanıb. M.Yoldaş əlavə edib ki, Əfqanıstanda 18 milyon insanın humanitar yardıma ehtiyacı var:

“Qida yardımına ən çox ehtiyac var, 3 milyon uşağın qidalanma problemi var. 7 milyon insan sağlamlıq xidmətlərindən istifadə edə bilmir. Dərman lazımdır. Humanitar yardım fəaliyyətlərimiz davam edir. Əfqanıstanda quraqlıq oldu, buna yoxsulluq və işsizlik də əlavə olunduqda mənzərə budur”.

Gununsesi.info