“Taxıl müqaviləsi” Ukraynada müharibəni dayandıracaq? - Lavrov AÇIQLADI

  • By admin
  • 25 İyul 2022 19:19

İstanbulda imzalanan “Taxıl müqaviləsi” Rusiyanın Ukraynada apardığı “xüsusi hərbi əməliyyatını” davam etdirməsinə mane olmayacaq.

Gununsesi.info xəbər verir ki, bunu Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov Konqonun XİN rəhbəri ilə danışıqların yekunları üzrə birgə mətbuat konfransı zamanı deyib.

O, razılaşmaların xüsusi əməliyyatın gedişinə təsirini inkar edib. Onun sözlərinə görə, Rusiya Odessa limanının hərbi hissəsində yerləşən hədəfləri vurmaqla taxıl müqaviləsinin şərtlərini pozmayıb.

“BMT Katibliyinin nümayəndələri, yeri gəlmişkən, əgər mən düzgün başa düşdümsə, dünən imzalanmış sənədlərin məhz belə oxunduğunu təsdiqlədilər”, – deyə Lavrov fikrini yekunlaşdırıb.

Gununsesi.info