Ekvadorda yanvarın 10-da “TC Televiziya” kanalına edilən hücumu araşdıran prokuror silahlı hücumda həyatını itirib.
Gununsesi.info xəbər verir ki, prokuror Sezar Suares avtomobilində gedərkən silahla hücuma məruz qalıb və hadisə yerində ölüb.
Hadisə ilə bağlı çoxlu sayda polis qrupunun göndərildiyi və araşdırmalara başlanıldığı bildirilib.
Prezident Daniel Noboa X sosial media hesabında hücumu qınayıb və cavabdehlərin “dərhal” tutulmasına göstəriş verib.
Xatırladaq ki, “TC Television” televiziya kanalının Quayaquil şəhərindəki studiyasına canlı yayım zamanı silahlı şəxslər basqın ediblər. Sosial şəbəkələrdə paylaşılan görüntülərdə üzlərini maska ilə bağlayanların studiyadakıları girov götürdükləri və diktorun cibinə partlayıcı qoyduğu görünür.
Bir müddətdir ölkə daxilində təhlükəsizlik böhranı ilə mübarizə aparan Ekvador hökuməti, “Fito” ləqəbli cinayətkar dəstə lideri Adolfo Macias Salazar və 9 yanvarda 60 gün davam edəcək fövqəladə vəziyyət elan edib. Quayas şəhərindəki həbsxanadan bir neçə məhbus qaçıb və daha sonra polis maşınlarına bombalarla hücum edilib. Fövqəladə vəziyyət çərçivəsində saat 23.00-05.00 arasında komendant saatı tətbiq ediləcəyi açıqlanıb.
Fövqəladə vəziyyət qərarından sonra cinayətkar dəstələr çoxlu polisi qaçıraraq avtomobillərini yandırıblar. Digər tərəfdən, sosial mediada paylaşılan videolarda dəstə üzvləri tərəfindən qaçırıldıqdan sonra başlarına silah tutan polislərin prezident Noboadan kömək istəmələri görülüb.
Gununsesi.info