Tramp məxfi messencer qrupuna jurnalistin əlavə edilməsindən danışdı

  • By Günel
  • 26 Mart 2025 09:08

“Atlantic” jurnalının baş redaktoru Cefri Qoldberqin nömrəsi ABŞ-nin milli təhlükəsizlik müşaviri Mayk Valsın tabeliyində olan şəxslərin birinin telefonunda olub, beləliklə jurnalist Vaşinqton administrasiyasının rəsmilərinin ABŞ-nin Yəmənə endirdiyi zərbələri müzakirə etdiyi qapalı messencer qrupuna daxil edilib.

Gununsesi.info xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Newsmax” telekanalına müsahibəsində deyib.

“Biz hesab edirik ki, kimsə icazə alaraq xəttə çıxıb. Belə başa düşürəm ki, Valsın telefonunda Qoldberqin nömrəsi olub və necəsə söhbətə qoşulub”, – Tramp bildirib.

Amerika lideri, həmçinin qrupda heç bir məxfi məlumatın danışılmadığını qeyd edib.

Gununsesi.info