Tramp tibbi müayinədən keçdi

  • Müəllif: Firuzə
  • 26 May 2026 22:03

ABŞ Prezidenti Donald Tramp bildirib ki, tibbi müayinə zamanı onda hər hansı sağlamlıq problemi aşkarlanmayıb.

Gununsesi.info  xəbər verir ki, “Truth Social” hesabında paylaşım edən Tramp, Uolter Rid adına hərbi-tibb mərkəzində növbəti tibbi müayinədən keçdiyini qeyd edib.

“Altı aydan bir keçirilən tibbi müayinədən yenicə keçdim. Bütün göstəricilər ideal vəziyyətdədir”, – Tramp yazıb.

Bu, 79 yaşlı siyasətçinin son 13 ay ərzində keçdiyi üçüncü tibbi müayinədir. Bundan əlavə, ABŞ prezidenti həmin müddətdə ən azı iki dəfə stomatoloqa müraciət edib.

Gununsesi.info