Türkiyə XİN Pakistandakı terror hücumunu pisləyib

  • Müəllif: Şəbnəm
  • 13 Sentyabr 2025 20:16

Türkiyə Xarici İşlər Nazirliyi Pakistanın Xayber Paxtunxva əyalətində baş verən terror hücumunu ən sərt şəkildə pisləyib.

Nazirliyin yazılı açıqlamasında Xayber Paxtunxva əyalətində törədilən terror hücumu nəticəsində baş verən insan təlafatına görə dərin kədər hissi keçirildiyi bildirilib.

“Bu mənfur terror hücumunu ən güclü şəkildə qınayır, həyatını itirənlərə Allahdan rəhmət diləyirik”, – açıqlamada qeyd olunub.