Türkiyənin iki böyük şəhəri ilə bağlı XƏBƏRDARLIQ: bu gecə başlayır

Meteorologiya xidməti İstanbula sarı, İzmirə isə narıncı kodla xəbərdarlıq edib.

Gununsesi.info xəbər verir ki, bu barədə “TRT Haber” Meteorologiya Ümumi Müdirliyinə istinadla məlumat yayıb.

HTML tutorial

Gecədən başlaması gözlənilən leysan yağışın mənfi təsirlərinə qarşı yerli qurumlar və əhali öncədən məlumatlandırılıb.

Son qiymətləndirmələrə görə, sabah ölkənin şimal, daxili və şərq bölgələrində parçalı, çox buludlu, Trakya bölgəsi, Ege, Çanaqqala, İç Anadoluda, Araqlıq dənizinin qərbində isə leysan və tufanla müşayiət olunan şiddətli külək gözlənilir.

Yağıntının İstanbul, Bursa, Balıkəsir, Çanaqqala, İzmir və Yalova ətraflarında güclü olacağı proqnozlaşdırılır.

Gununsesi.info