Türkiyə Azərbaycanla pasportsuz gediş-gəliş təklif edir – ANKARA BAKIDAN CAVAB GÖZLƏYİR

  • By admin
  • 11 Avqust 2020 16:06

“Biz vizaları ləğv etdik amma bu kifayyət deyil.Türkiyə Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdır”.

Gununsesi.info-nun xəbərinə görə, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu iki ölkə arasındakı münasibətlərdən danışarkən söyləyib.
Çavuşoğlu xatırladıb ki, Türkiyə Gürcüstanla bu addımı qərarlaşdırıb:

“Ukrayna ilə də həyata keçirdik. Azərbaycanla şəxsiyyət vəsiqəsi vasitəsilə səyahət etmə üçün təkliflərimizi vermişik”.

Günay
Gununsesi.info