Türkiyə millisi son Olimpiya çempionunu DARMADAĞIN ETDİ

  • By admin
  • 25 İyul 2021 21:43

Qadın voleybolçulardan ibarət Türkiyə milli komandası Tokio-2020 Olimpiya Oyunları B qrupunun ilk oyununda Çinlə üz-üzə gəlib.

Gununsesi.info xəbər verir ki, ay-ulduzlular son olimpiya çempionlarını 3-0 hesabı ilə məğlub ediblər.

Türkiyə komandası Olimpiya oyunlarındakı ikinci matçını 27 iyul çərşənbə axşamı İtaliyaya qarşı oynayacaq.

Qarşılaşma Türkiyə vaxtı ilə saat 10:25-də başlayacaq.

Gununsesi.info