Türkiyədə növbəti zəlzələ

  • By Mina
  • 19 Aprel 2024 15:03

Türkiyənin Tokat vilayətində yenidən zəlzələ qeydə alınıb.

Gununsesi.info xəbər verir ki, bu barədə AFAD-ın rəsmi internet səhifəsində məlumat yayılıb.

Bildirilib ki, vilayətin Sulusaray rayonunda baş verən yeraltı təkan Rixter şkalası üzrə 3.3 ballıq maqnituda ilə qiymətləndirilib.

Ocağı yerin 10.2 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.

Gununsesi.info