Ucar rayonunun bir hissəsinin qaz təchizatında fasilə yaranacaq

  • By admin
  • 05 İyul 2022 15:08

“Qaz İxrac” İdarəsinə məxsus “Ucar” QPS-də aparılacaq təmir işləri ilə əlaqədar, 06.07.2022-ci il tarixdə saat 10:00-dan işlər başa çatanadək “Ucar” QPS-dən qidalanan “Ucar” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir işləri görülən müddətdə Ucar rayonunun bir hissəsinin (Ucar şəhəri daxil olmaqla) qaz təchizatında fasilə yaranacaq.

Gununsesi.info