Ukrayna ordusu Luqanskda 12 ərazini azad etdi

Ukrayna Silahlı Qüvvələri Luqansk vilayətində 12 yaşayış məntəqəsini azad edib.

Gununsesi.info  “Unian”a istinadən xəbər verir ki, bu barədə məlumatı Luqansk vilayət hərbi administrasiyasının rəhbəri Sergey Qayday açıqlayıb.

Onun sözlərinə görə, Rusiya ordusu Ukrayna tərəfindən azad olunan kəndlər üzərinə atəş açır: “Buna görə də, oradan əhalinin təxliyə edilməsinə çalışırıq”.

Qayday, həmçinin qeyd edib ki, ümumilikdə vilayət ərazisində hər gün ağır döyüşlər gedir.

Gununsesi.info