Ukraynalı basketbolçuları öldürənlər həbs edildi

Almaniyanın Oberhauzen şəhərində iki ukraynalı basketbolçu Vladimir Yermakov və Artyom Kozaçenkonun qətlə yetirməkdə təqsirləndirilən dörd yeniyetmənin məhkəməsi keçirilib. Məhkəmə bu şəxslərə 8,5 ildən 10 ilə qədər həbs cəzası verilə bilər.

Gununsesi.info xarici mediaya istinadən xəbər verir ki, məhkəmə 4 yeniyetməni təqsirli bilərək onları, 8,5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum ediliblər.

Məlumata əsasən yaşları 14-16 arasında olan məhkumlardan biri alman-türk əsilli, digər iki yeniyetmə isə suriya vətəndaşıdır.

Onlar yetkinlik yaşına çatmadıqlarına görə məhkəmənin iclası qapalı rejimdə keçirilib.

Dindirilmə zamanı onlar törətdikləri cinayət əməlini etiraf ediblər.

Təqsirləndirilən şəxslər qətlə yetirilən ukraynalıların valideynlərindən bağışlanmalarını istəyiblər.

Nəşr həmçinin bildirir ki, hökmlər hələ qanuni qüvvəyə minməyib, müttəhimlərin vəkilləri apellyasiya şikayəti verəcəklərini bildiriblər. 

Xatırladaq ki, ukraynalı 17 yaşlı basketbolçu Yermakov gənc həmkarı Artyom Kozaçenko fevralın 12-də Düsseldorf regionunda yerləşən Oberhauzen şəhərində qətlə yetirilib.

 

 

Şəbnəm

Gununsesi.info