Ukraynanın bu şəhərlərində partlayışlar oldu

  • By admin
  • 14 Yanvar 2023 09:17

Kiyevin sol sahilində partlayış səsləri eşidilib.

Gununsesi.info xəbər verir ki, bu barədə məlumatı Ukraynanın “Zerkalo nedeli” portalı yayıb.

Bununla belə, şəhərdə hava hücumu təhlükəsi elan olunmadığı bildirilir.

Eyni zamanda, Kiyev vilayətinin Buça şəhərində və hazırda ukraynalı hərbçilərin nəzarəti altında olan Zaporojye şəhərində də partlayışlar baş verib.

Hadisə ilə bağlı digər detallar açıqlanmayıb.

Gununsesi.info