Kapital Bankla bağlı şikayətlər səngimir.
Bu dəfə bir vətəndaş bankın onun bütün hesablarını blokladığını və şəxsi vəsaitindən istifadə edə bilməstatu diyini iddia edib.
Gununsesi.info xəbər verir ki, o, bununla bağlı “Facebook” sosial şəbəkəsində paylaşım edib.
Vətəndaş bildirib ki, artıq 14 gündür Kapital Bankdakı bütün hesabları bloklanıb və özünə məxsus vəsaitdən istifadə edə bilmir.
Onun sözlərinə görə, banka müraciət etdikdə hesabların M10 xidməti ilə bağlı bloklandığı bildirilib. Vətəndaş isə M10 və Kapital Bankla ayrı-ayrı müqavilələrinin olduğunu, M10 ilə bağlı məsələ üzrə aylar əvvəl Dövlət Təhlükəsizliyi Xidmətində izahat verdiyini, bütün tələb olunan məlumat və sübutları təqdim etdiyini qeyd edib:
“Sonra bank əməkdaşından soruşdum:
– Məni bloklamağınız üçün müqaviləyə əsasən hansı hallar baş verməlidir?
Cavab verdi: “Şübhəli əməliyyat olmalıdır.”
Soruşdum:
– Mənim Kapital Bank hesablarımda şübhəli əməliyyat var?
Cavab: “Yox.”
– Bəs məhkəmə qərarı var?
Cavab: “Bizə M10-dan gələn bildirişdə məhkəmə qərarı görünmür.”
– O zaman məni hansı hüquqi əsasla bloklamısınız?
Cavab isə belə oldu:
“Sorğu göndərmişik. 30 gün gözləyin, araşdırıb sizə cavab verəcəyik.”
Mənim sualım sadədir:
Əgər səbəbi bilmirsinizsə, məni niyə bloklamısınız? Əgər səbəbi bilirsinizsə, 30 gün ərzində nəyi araşdırırsınız?
Bu suallara cavab ala bilmədim.
Hesablarımı açın! 30 gün ərzində araşdırıb səbəb tapsanız, o zaman bloklayın və sonra da mənə rəsmi şəkildə səbəbini yazın”.
Afət Abbasova












