
Heydər Əliyev Fondu, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Yazıçılar İttifaqının təşkilatçılığı ilə Şuşada keçirilən “Vaqif poeziya günləri” öz işini başa çatdırıb.Vaqif Poeziya günlərinin açılışı tanınmış şair Nigar Həsənzadənin “SÖZ” Ədəbi Birliyinin layihəsi olan “İgidlərin sözü “ ilə başlayıb.
Gununsesi.info xəbər verir ki, “İgidlərin sözü” layihəsininin iştirakçıları 44 günlük Vətən müharibəsində iştirak edən , eləcə də şer yazan qazilərdir. Vətən uğrunda döyüşən igidlərimiz – Oğuz Alparslan, Miri Abdullayev, Eyvaz Eyyub, Nicat Ağayev , Emin Piri , Tamerlan Əsədov, Kərəm Aydın, Tofiq Əhməd, Həsən Kür, Cavid Haşımov, Səbuhi Qurbanov Polla Hənah Vaqifin məqbərəsi önündə döyüşlərdə və döyüşdən sonra yazdığı şerləri səsləndirdilər. İgidlərimizin şerlərini tədbir iştirakçıları göz yaşları ilə ayaq üstə alqışlayıblar.
“SÖZ” Ədəbi layihəsinin çərçivəsində Mədəniyyət Nazirliyinin dəstəyi ilə çap olunan “İgidlərin sözü” kitabı da Vaqif Poeziya günlərində kitab sərgisində təqdim olunub. Kitabda 2016-ci ilin Aprel döyüşlərində, eləcə də 44 günlük Vətən müharibəsində şəhid olan, qazi olan və iştirak edən oğulların şerləri, esseləri, hekayələri toplanıb. Kitabın redaktoru araşdırmaçı jurnalist Aida Eyvazlı Göytürkdür.
Gununsesi.info