Vilayət Eyvazov bu rayonda əhali ilə görüş tarixini dəyişdi

  • By admin
  • 12 Aprel 2023 13:05

Daxili işlər naziri, general-polkovnik cənab Vilayət Eyvazov tərəfindən cari ilin aprel ayının 19-da Sabirabad rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi aprelin 18-nə dəyişdirilmişdir.

Bu barədə Gununsesi.info-ya DİN şöbə rəisi Elşad Hacıyev deyib.

Qəbulda İmişli, Beyləqan, Füzuli, Xocavənd, Saatlı və Sabirabad rayonlarının sakinlərinin müraciətlərinə baxılacaq. Qəbula yazılmaq istəyən vətəndaşlar 17.04.2023-cü il tarixədək yaşadıqları ərazinin polis orqanına, habelə DİN-in mia.gov.az internet saytı vasitəsilə və sosial şəbəkələrdəki səhifələrinə müraciət edə bilərlər.

Qəbula gələnlərdən şəxsiyyət vəsiqəsi tələb olunur.

Gununsesi.info