Vitse-spiker Adil Əliyev şəhid ailələri və qazilər üçün iftar süfrəsi verib -Fotolar

  • By ilhame
  • 07 Aprel 2024 16:28

Milli Məclisin sədr müavini Adil Əliyev deputat seçildiyi rayon ərazisində şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri üçün iftar süfrəsi verib.

Gununsesi.info-nun xəbərinə görə, bu barədə vitse-spiker özünün sosial şəbəkə hesabında paylaşım edib.

Şəhid ailələrinin, qazilərin, millət vəkillərinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə iftar süfrəsi təşkil olundu. Bakıdan, ayrı-ayrı şəhər və rayonlarımızdan təşrif buyurmuş şəhid ailələrinin iştirakı ilə keçirilən tədbirdə öncə şəhidlərimizin əziz xatirəsinə sayğı duruşu elan olundu, daha sonra Dövlət himni səsləndirildi.

Şəhid ailələri və qaziləri qarşıdan gələn Ramazan bayramı ilə bağlı səmimi qəlbdən təbrik edərək, bu müqəddəs bayramı ilk dəfə suverenliyimizin bərqərar olunduğu ölkə olaraq keçirdiyimizi bildirdik. Qürurla vurğuladım ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman ordumuzun şücaəti sayəsində ölkəmiz böyük Zəfər qazanaraq, tarixi ədaləti bərpa edib.

Fədakar Vətən övladlarının əziz xatirəsi qəlbimizdə əbədi yaşayacaqdır!

Tədbirdə çıxış edən şəhid ailələri və qazilər Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərə yüksək diqqət və qayğısını qədirşünaslıqla qeyd edib.

Gununsesi.info