Xərçəng hüceyrələrini məhv edən yeni kəşf

  • By ilhame
  • 07 Aprel 2024 15:42

Dünyada milyonlarla insan xərçəngin tam müalicəsini gözləyir. Onlara ümid verən yeni bir elmi kəşf var.

Gununsesi.info xarici mediaya istinadən bildirir ki, Rays Universiteti, Texas A&M Universiteti və Texas Universitetindən olan araşdırma komandası yeni üsul ilə laboratoriya şəraitində xərçəng hüceyrələrinin 99%-ni məhv edə biliblər.

 

Metod belədir: Yaxın infraqırmızı işıqla aminoyanin molekullarına təsir edilir və həmin molekulların birgə sinxron şəkildə titrəməsinə səbəb olurlar. Həmin titrəmələr xərçəng hüceyrələrinin membranlarını qırmaq üçün kifayət edir.

 

Dəri xərçəngi olan siçanlar üzərində tətbiq edilən metod artıq heyvanların yarısını xərçəngdən xilas edə bilib.

 

Ümid edək ki, yeni elmi araşdırmalar milyonlarla insana kömək edə bilsin.

 

 

Gununsesi.info