Xaçmazda intihara cəhdin qarşısı alındı

  • By admin
  • 29 Noyabr 2021 09:08

Xaçmaz rayonunun Uzunoba kəndində 1 nəfər mobil rabitə operatorun qülləsinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Bu barədə Gununsesi.info Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

Məlumata görə, FHN-nin Şimal Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Gununsesi.info