Nizami metrostansiyasının qarşısında, ərazi baxımıdan kiçik parkda müəllifi heykəltaraş Natiq Əliyev olan möhtəşəm abidə ucalır. Bu abidə məhşur memar Zivər bəy Əhmədbəyovun heykəli olmaqla yanaşı, həm də Bakıdakı eyni qəbildən olan abidələr sırasında insan qürurunun təntənəsi olmaq etibarı ilə digərlərindən fərqlənir. Görünür, heykəltaraşın yaradıcı istedadı həm də Zivər bəyin həyat və fəaliyyətinə mükəmməl bələdçiliklə üst-üstə düşmüşdür.
Zivər bəy Əhmədbəyov milli mənsubluğunu, ailə şəcərəsindən gələn alicənablığıni, öz qürurunu məqamında hətta yaşamından da üstün tutan əsl türk kişisi idi. O, həyatınım son illərində Bakıda bolşevik qiyafəsində zühur edib, at oynadan rus-erməni fitnəkarlığına etiraz edirdi. Əfsuslar olsun ki, onun Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə qarşı yönəli vandallığa ucalan etiraz səsini boğmağa çalışan əliqanlı düşmən çox güclü və güclü olduğu qədər də məkirli idi.
Böyük memarın həyatının son illərində artıq Azərbaycanda onun məsləkdaşları, müstəqillik mücahidlərindən heç kəs qalmamışdı. Qırmızı terror cümhuriyyət funksionerlərini qətlə yetirmiş, imkan tapıb mühacirətə üz tutanlarsa indi vətəndən uzaqlarda məskunlaşmışdır. Zivər bəyin istedadı, əvəzsiz mütəxəssis olması düşmənlərə onu fiziki cəhətdən məhv etməyi bir müddət təxirə salmağı diqtə edirdi.
Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu iyirmi üç aylıq dövürdə Zivər bəy Bakı şəhərinin baş memarı idi. Əslində memar Əhmədbəyov çar II Nikolay Ramanovun, daha sonra knyaz Livov və Kerinski hökumətləri dönəmində də bu vəzifədə olmuş, cümhuriyyət süqutundan sonra Azərbaycan SSR hakimiyyəti zamanında da həmin işi icra etmişdir. Bir-birləri ilə barışmaz, əks qütblərdə dayanan siyasi hakimiyyətlər Zivər bəyin istedadına tənzim etmək məcburiyyətində qalmaqla onun əvəzsiz xidmətinə ehtiyac duyurdular. XX əsrin iyirminci illərinin ortalarında dişləri qana batmış erməni azğınlığı artıq Bakıda ənənəvi həyasızlığının məzmunca eyni, formaca yeni olan təzahüründə diş qıcıtmaqda idi.
Tarixi-memarlıq ənənələrinə qarşı nihilist mövqedə əsl məqsədlərini pərdələyən ermənlər faktiki olaraq Zivər bəyə qarşı amansız təzyiqdə, onun ideyalarını terrora məruz qoymaqda daha da azğınlaşmışdır. Belə bir şəraitdə Zivər bəy həbs ediləcəyini, və məhbəs həyatında alçaldılmasına cəhdlər ediləcəyini səhih bilirdi. Beləliklə azərbaycanlı qürurunu hər şeydən üstün tutan memar Əhmədbəyov həyatını 52- ci ilində, Çəmbərəkədə, öz evində intihar etdi. O, öz əli ilə həyatına son qoymazdan əvvəl məktub yazaraq Bakının və Azərbaycanın bağdasarlarla gələcəyinin məhvə doğru sürükləndiyini vurğulamışdır.
Zivər bəy Əhmədbəyovun 1873-cü ildə Şamaxıdan başlanan həyat yolu Çəmbərəkənddə sona yetdi. Öz evinin yaxınlığında dəfn olunan Zivər bəy ölümündən sonra da məkrli düşmənlər tərəfindən rahat buraxılmır. Çəmbərəkənd qəbiristanlığı, 1918-ci il mart soyqrımı qurbanlarının uyuduğu məkan dağüstü park salmaq adı ilə sökülür, milli hesiyyatı təhqir etmək üçün burada rəqs meydançaları salınır. Zivər bəyin qızı Firəngiz xanım atasının nəşini köçürməyə çətinliklər bahasına nail olsa da bir müddət sonra 1931- ci ildə yeni məzar da dağıdılır. İndiki Fəxri Xiyaban ərazisində Zivər bəyin məzarı it-bata düşür.
Zivər bəy Əhmədbəyov 1902-ci ildə Piterdə mülkü mühəndislər ali təhsil müəsissəsində təhsilini başa vurmaqla vətənə dönür. O, yeni tip təhsil alan ilk azərbaycanlı memar idi. Gənc yaşlarından Bakıda, Vladiqafqazda, Moskvada layihələşdirdiyi əsərləri diqqət çəkən memar özünəməxsus məktəb yaradıcısı kimi qəbul olunur. Gənc rəssam-memar yaradıcılığında Şərq-Qərb vəhdətli möcüzələr yaradır. Onun layihələri Qərbdə Şərqi, Şərqdə Qərbi xatırlatmaqla incə keçidlərdə xüsusi harmoniya təşkil edir.
Gənc memarın ata yurdu Şamaxıda baş verən dəhşətli 1902- ci il zəlzələsi bu “vulkanlar şəhəri” ni yerlə-yeksan edir. Müasir Şamaxı şəhərinin indiki görnüşü, yeni planlı məhəllələr Zivər bəyin ideyasıdır. O, zəlzələdən sonra öz doğma şəhərinin baş memarı olaraq, bu qədim yurdun yenidən salınmasında böyük əmək sərf etmişdi.
Bu gün Bakıda, Bakı kəndlərində, Şamaxıda, Göyçayda Zivər bəy Əhmədbəyovun əsərləri hələ də möhtəşəmliyilə göz oxşayır.
Göyçay şəhərində 1898-1902- illərdə tikilmiş memarı Zivər bəy Əhmədbəyov olan məscid onun ölkəmizdəki salamat qalmış bir neçə əsərindən biridir. Bəzən yanlış olaraq memarın İraqın Nəcəf şəhərində gördüyü məscidən ilhamlanaraq bu layihəni gerçəkləşdirməsi fikirlərinə də rast gəlinir. Görünür bu nüansı iddia edənlər Zivər bəy Əhmədbəyovun yaradıcılığına dərindən bələd deyil. Onun layihələri hamısı bir qayda olaraq yerli ənənələr üzərində qərb elementlərinin culğalaşmasını inkas etdirir. O, Fransa, İtaliya, Almaniya, Rusiya, Türkiyə, İraq kimi ölkələrdə olmuş, onların arxtektur ənənlərinə həssaslıqla tamaşa etsə də heç vaxt layihəsini verdiyi əsərlərdə plagiat memarlıq elementlərinə istinad verməmişdir.
Hətta Göyçay məscidindəki memarlıq həllinə diqqət yetirdikdə bu möhtəşəm binada Abşeron memarlığına xas xüsusiyyətləri görmək olmur. Əsər tam olaraq yerli ənənələri özündə etiva edir.
Heç şübhəsiz qədim alban elementlərinin incə çalarda təzahürünə də bu əsərdə müəllif tərəfindən yer verilib.
Zivər bəy Əhmədbəyovu erməni-rus məkri məhv edib. Onu intihara sürkləyən düşmənlər bir incəliyi başa düşməyə, hesablamağa qadir deyildi. Və heç ola da bilməzdi. Bütün varlığı ilə xalqına, millətinə bağlı olan, vətənpərvər Zivər bəy əsərlərində, xalq yaddaşında əbədi yaşam qazanmasına mane olmağın mümkünsüzlüyünü başa düşəcək ağıl sahibi olmayanlar özləri lənətliklə xatırlandıqları halda qurban seçdikləri İşıqlı ziyalı əbədi olaraq yaşayacaq.
Bu gün nəşinin Fəxri Xiyabanda olduğu, ancaq məzarı bilinməyən Zivər bəyin ruhu tikdiyi binalarda, yeni nəsillərin yaddaşına yaddaşlardan ötürülən xatirələrdə yaşayır. Onun Nizami metrostansiyası qarşısındakı əzəmətli heykəli isə Zivər bəy Əhmədbəyovun abidəsi olmaqla yanaşı həm də məğrurluğu, qüruru ilə səciyyviləşən bir azərbaycanlı bəyinin mücəssəməsidir.

Pərviz Yəhyalı










