Xameneinin mühafizə xidmətinin komandanı işdən çıxarıldı

  • By admin
  • 25 İyun 2022 21:56

İranın Ali dini lideri Seyid Əli Xameneinin mühafizə xidmətinin komandanı vəzifəsindən azad edilib.

Gununsesi.info xəbər verir ki, bu barədə “Azad İran” Teleqram kanalı məlumat yayıb.

Məlumata görə, İranın ali rəhbərinin şəxsi mühafizəsinə cavabdeh olan SEPAH-ın “Vəli-ye Əmr” birləşməsinin komandanı təyin edilib.

Qeyd edək ki, bundan öncə İranın nüvə və hərbi proqramları ilə əlaqəli şəxslərini qoruya bilməməsi və SEPAH-ın Kəşfiyyat İdarəsinə bağlı bir neçə terror qruplarının Türkiyədə İsrail vətəndaşlarına sui-qəsd planı hazırlayarkən həbs edilməsinə görə, İranı İnqilab Keşikçiləri Korpusunun Kəşfiyyat (ETTELAAT) İdarəsinin rəisi Hüseyn Taib vəzifəsindən kənarlaşdırılıb.

Gununsesi.info