Xeyrəddin Qoca:”Ramiz Mehdiyevin evlərindən birini qızıma versinlər”

  • Müəllif: admin
  • 07 Dekabr 2025 12:05

 

“Yazırlar ki, Ramiz Mehdiyevin təkcə Bakıda minlərlə evi var. Mənim qızım isə “Xruşşovka” deyilən, 60 il bundan əvvəl tikilmiş, gündə səhər-axşam 2 saat su verilən, qızdırıcısı olmayan, sınıq-sökük evdə yaşayır, ömrü zay olur”.

 

Gununsesi.info bildirir ki, bunu Azərbaycanın İstanbuldakı keçmiş baş konsulu  Xeyrəddin Qoca deyib.

 

O, daha sonra əlavə edib:
“Ramizin evləri hökümət tərəfindən alınsa, xahiş edəcəyəm, minlərlə evdən birini qızıma versinlər”.

 

Günay
Gununsesi.info